“ITAC – International Training and Assessment Center”, Azərbaycanda 2018-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Tədris Mərkəzi 2019-cu ildən etibarən, Böyük Britaniyanın Cambridge Universitetinin tərkib hissəsi olan - “Cambridge Assesment English” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi və “Cambridge İmtahan Mərkəzi” statusuna malikdir.
“Cambridge Assesment English” təşkilatı dünyanın 130-dan çox ölkəsində ingilis dilinin tədrisi və mənimsənilməsi üzrə beynəlxalq imtahanlar keçirir. Bu təşkilatın verdiyi sertifikatlar dünyanın bir çox ölkələrində 25 mindən çox təhsil müəssisəsi və müxtəlif iş yerləri tərəfindən tanınır. Cambridge imtahanları - dünyada hər il 5.5 milyon insanın iştirak etdiyi, ingilis dili səviyyəsinin dəqiq təyin edən beynəlxalq statuslu imtahandır.
“ITAC – International Training and Assessment Center”, eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, şagird və tələbələrin dil biliklərinin qiymətləndirilməsi istiqamətindədə, “Cambridge Assessment English” şirkəti ilə sıx əməkdaşlıq əlaqələri quraraq, müxtəlif təlim və seminarlar təşkil edir.
Bununla yanaşı, tədris mərkəzi respublikada fəaliyyət göstərən müxtəlif kurs və təlim şirkətləri ilə əmakdaşlıq edərək, ingilis dili tədrisinin müasir standartlara yüksəldilməsində və müəllimlərin peşəkar fəaliyyətlərinin yaxşılaşdırılmasında da əhəmiyyətli rol oynayır.