Cambridge İmtahanları
Kurslar
08 Feb 2025
Uşaqlar üçün
6-12 yaş arası: Starters, Movers, Flyers.
12-18 yaş arası: KET for schools, PET for schools, FCE for schools, CAE, CPE
Böyüklər üçün
KET, PET, FCE, CAE, CPE, (IELTS – Akademik / General)
Cambridge İmtahanlarında iştirak etmək üçün 10 səbəb:
• “Cambridge Assessment English” dünyanın ən prestijli universitetlərindən biri olan Cambridge Universitetinin bir şöbəsidir;
• Dünyada hər il 5.5 milyon insanın iştirak etdiyi, ingilis dili səviyyənizi dəqiq göstərən, beynəlxalq imtahandır;
• “Cambridge English” İngilis dili tədrisində və öyrənilməsində ən mükəmməl sistemdir.
• “Cambridge imtahanları” sertifikatlarının etibarlılıq müddəti qeyri məhduddur.(IELTS istisna olmaqla);
• İngilis dili tədrisində övladınızın, pillə-pillə, nə qədər məsafə qət etdiyini görə bilərsiniz;
• Reading, Writing, Listening, Speaking dil bacarıqlarında ayrı-ayrılıqda səviyyənizi göstərən beynəlxalq sənəddir;
• Övladınızın kiçik yaşdan etibarən beynəlxalq sertifikat qazanması onun üçün həvəsləndirici amil və stimuldur;
• Dünyada 25000-dən çox şirkət, universtitet və tədris müəssisələri Cambridge Sertifikatlarını qəbul edir;
• Cambridge sertifikatları beynəlxalq şirkətlərdə iş tapmaq üçün əlverişli vasitədir;
• Cambridge İmtahanlarına hazırlaşmaqla gündəlik həyatda,iş yerinizdə və təhsildə sizə lazım olan ümumi ingilis dilini öyrənəcəksiniz.