Yəhya Bakuvi 18B, Bakı / Azərbaycan
09:00 - 18:00

Təhsil
19 Sep 2024

İtacedu Karyera proqramına qoşulan Aygün xanım və Zeynəb xanım, 6 aylıq intensiv təlim müddətini uğurla başa vuraraq ingilis dili müəllimi oldular. 

OnlaR bu proqram müddətində mərkəzimizdəki ingilis dili dərslərini müşahidə etdilər və Cambridge sistemi ilə yaxından tanış oldular. Təcrübə toplayaraq dərs keçmə bacarıqlarını nümayiş etdirdilər. Mütəxəssislər tərəfindən onların dərsləri dəyərləndirildi və yüksək qiymətləndirildi. Həmçinin, müəllimələr, TKT Module 1 təlimlərinə və imtahanına qoşularaq rəsmi Cambridge sertifikatı da əldə etdilər. 

Aygün xanımın və  Zeynəb xanım təhsil sahəsindəki biliklərini genişləndirmək məqsədilə Amerikanın Arizona Dövlət Universitetinin müəllimlərə yönəlik onlayn TESOL təliminə də qatıldılar. Bu təlim vasitəsilə öz pedaqoji biliklərini daha da genişləndirdilər və öyrəndikləri bilik və bacarıqları mərkəzimizin şagirdlərə yönəlik sosial fəaliyyətlərində tətbiq etmək imkanı əldə etdilər.

Aygün xanımı və Zeynəb xanımı təbrik edir və müəllimlik karyeralarında uğurlar arzulayırıq. Onların bu uğuru, digər müəllim namizədlərinə də ilham verəcəkdir.

WhatsApp
Kömək lazımdı?