Seminar və Təlimlər
08 Feb 2025
Müəllim İnkişaf Təlimləri: Noyabr Ayında Bakıda və Sumqayıtda Keçirilən Təlimlər
Noyabr ayında mərkəzimiz tərəfindən Bakıda və Sumqayıtda müxtəlif tarixlərdə "Müəllim İnkişaf" təlimləri təşkil olunmuşdur. Bu təlimlər, beynəlxalq speaking examiner-ları və təlimçilər İlahə Şəfiyeva, Azər Bağırov və Günay Əsgərova tərəfindən həyata keçirilmişdir. Təlimlərdə müəllimlərə müxtəlif mövzularda bilik və bacarıqların artırılması məqsəd qoyulmuşdur.
Təlimlərdə aşağıdakı mövzular əhatə olunmuşdur:
- *How to Teach Reading*: Oxu bacarıqlarının inkişaf etdirilməsi və effektiv oxu strategiyalarının öyrədilməsi.
- *How to Assess Speaking Exams*: Danışıq imtahanlarının qiymətləndirilməsi metodları və kriteriyaları.
- *Writing Strategies*: Yazı bacarıqlarının təkmilləşdirilməsi və yazı strategiyalarının öyrədilməsi.
Bu təlimlər, müəllimlərin peşəkar inkişafına töhfə vermək və onların tədris keyfiyyətini artırmaq məqsədi daşıyır. Təlimlərdə iştirak edən müəllimlər, yeni metod və yanaşmalarla tanış olaraq, öz dərslərində tətbiq edə biləcəkləri dəyərli biliklər əldə etmişlər. Təlimlərin sonunda iştirakçılara, əldə etdikləri bilik və bacarıqları təsdiqləyən sertifikatlar təqdim olunmuşdur.