30 noyabr tarixində Hyatt Regency Hotelində keçirilən tədbirimiz böyük uğurla başa çatdı. Müəllim və şagirdlərimizə sertifikatlar və hədiyyələr təqdim edildi. Azərbaycanın müxtəlif bölgələrindən təlimlərimizdə iştirak edən ingilis dili müəllimlərinə isə TKT sertifikatları təqdim edildi. Tədbirdə valideynlərimiz də iştirak edərək bu əlamətdar günü bizimlə birlikdə qeyd etdilər.
Azərbaycan Respublikası Təhsil İnstitutu dil fənnlərinin proqramları şöbəsinin müdiri Turan xanım Zəkəriyəyeva, ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Muxtar Respublikanın təhsil naziri işləmiş pedaqoq-publisist Nazim Əkbərov, ITAC imtahan mərkəzinin rəhbəri Həsrət Şıxbabayev, ITAC idarə heyyəti və digər hörmətli qonaqlarımız da tədbirdə iştirak etdilər.
Bu xüsusi günümüzdə bizimlə olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Təhsil və uğur yolunda birlikdə irəliləməyə davam edəcəyik!