Yəhya Bakuvi 18B, Bakı / Azərbaycan
09:00 - 18:00

Lənkəran şəhərində II Cambridge sınaq imtahanı

Təhsil
17 Sep 2024

Bugün 75 məktəbli Cmbridge sınaq imtahanında iştirak etdi.
25.04.2021 tarixində Lənkəran şəhərində məktəblilər 2-ci dəfə “Cambridge Assessment English” İngilis dili olimpiadasında iştirak etdilər. Rayon məktəblərindən 75 şagirdin iştirak etdiyi imtahanda, şagirdlər Reading, Writing və Listening dil qabiliyyətlərini yoxladılar. İmtahan 3 səviyyədə təşkil olundu: Starters(Pre-A1), Movers(A1) və KET(A2). Yarışmada iştirak edən şagirdlərə  sertifikatlar təqdim olunacaq. İngilis dili olimpiadası ITAC və Eduland tərəfdaşlığı çərçivəsində təşkil olundu.

Cambridge imtahanları, hər il 5.5 milyon insanın iştirak etdiyi, ingilis dili səviyyəsini dəqiq göstərən, beynəlxalq imtahandır. Cambridge Assessment English dünyanın ən prestijli universitetlərindən biri olan Cambridge Universitetinin bir şöbəsidir.
WhatsApp
Kömək lazımdı?